Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:28

ABŞ prezidenti Barack Obama aprelin 25-də Hanoverə səfəri zamanı Avropanı birliyə çağırıb.

O Hanoverdə açılan sənaye yarmarkasında çıxış edərkən deyib ki, dünyaya güclü və birləşmiş Avropa gərəkdir.

Obama həmçinin bütün NATO üzvlərini bu alyansa verməli olduqları payı tam ödəməyə çağırıb.

O deyib ki, iyulda keçiriləcək Varşava sammitində bütün üzv ölkələrin təhlükəsizliklə bağlı üzərlərinə məsuliyyət götürmələrini təkid edəcək.

ABŞ prezidenti Həmçinin Avropa liderlərini Minsk razılaşmasını yerinə yetirməyincə Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb. Obama deyib ki, Rusiyanın təcavüzü müstəqil Avropa dövləti olan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü kobud şəkildə pozur.

Qeyd edək ki, Rusiyaya qarşı bu sanksiyalar 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG