Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:41

AZAL «Boeing 787»də problem görmür


Boeing 787 Dreamliner təyyarəsi (arxiv fotosu)
Boeing 787 Dreamliner təyyarəsi (arxiv fotosu)

AZAL-ın parkında olan Boeing 787 Dreamliner təyyarələrinin mühərriklərində texniki qüsur yoxdur. Bu haqda AZAL-ın mətbuat xidmətindən bildiriblər.

AZƏRTAC-ın xəbərinə görə, AZAL-dan bildiriblər ki, onların parkındakı Boeing 787 Dreamliner təyyarələrində quraşdırılan «General Electric» mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil.

«Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti «General Electric» və «Boeing» şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır. Lazım gələrsə hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək» - deyə AZAL-dan bildiriblər.

ABŞ Federal Aviasiya İdarəsi «Boeing 787» təyyarələrinin mühərriklərinin təcili dəyişdirilməsini istəmişdi. Aviasiya İdarəsinin bəyanatında qeyd edilirdi ki, mühərriklər vaxtında dəyişdirilməsə uçuş zamanı problem yarana bilər. Mühərriklərin eyni anda hər ikisi dayana bilər və onları yenidən işə salmaq mümkün olmaz.

XS
SM
MD
LG