Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19

Sovet vunderkindi L.Zorin: İstərdim bakılılarda bu cəhət qalsın


Leonid Zorin

Leonid Zorin

-

"10 yaşım olanda Maksim Qorkiyə poemamı oxudum. O, mənim haqqımda böyük məqalə yazdı."

Yazıçı, dramaturq Leonid Zorin ilə söhbət

- Siz Bakıdan Moskvaya 24 yaşınızda köçmüsünüz. Nə xatirələriniz var bu haqda?

- Bakı haqda xatirələr məni həmişə həyəcanlandırır. Bakı mənim uşaqlığımda şən bir şəhər idi. İki güclü stixiyanın - dənizin və günəşin birləşməsi hər şeydə hiss olunurdu. Hər tərəfdə müxtəlif dillər eşidilirdi...

Moskvada məni başqa atmosfer qarşıladı. Bakıda özümü daha çox evimdə hiss edirdim. Gec öyrəşdim, hələ də alışa bilmirəm. Çünki cənubluyam.

- Bir müsahibənizdə sizdən xarakterinizi soruşurlar, sizsə deyirsiniz ki, mən bakılıyam. 20-ci əsrin əvvəlində bakılı xarakteri necə idi?

- Hər şeyə dostcanlı münasibət, internasionallıq. İnsanların böyük qardaşlığı. O vaxt futbol komandasında da oynayırdım, bizim komandada altı xalqın nümayəndəsi vardı. İstərdim bu cəhət qalsın bakılılarda.

- Sizi niyə "Vunderkind" sayırdılar?

- Yazmağa, oxumağa haradasa 4 yaşımda başlamışdım, o vaxta görə bu, erkən yaş sayılırdı. 10 yaşımda ilk şeir kitabım çıxıb. Bakı 10 yaşlı şeir yazan uşağın kitabını çap etdi. Azərbaycan NarKomPros (Xalq Maarif Komissarlığı) hətta qərar çıxarmışdı ki, məni Maksim Qorki ilə görüşə göndərsin. Göndərdilər də. Onun istəyilə mən "İnsan" poemamı oxudum. O, mənim haqqımda "Oğlan" adlı böyük məqalə yazdı, ölkənin bütün mərkəzi qəzetlərində çap olundu o məqalə.

- Bakıda filologiya fakültəsində oxudunuz. İlk ali təhsildən əlavə, nə qazandınız bununla?

- Həyatımın baharı idi. Peşəkar futbolla da maraqlanırdım. "Gənc Neftçi"də oynayırdım. Amma ədəbiyyat mənim bütün futbol marağıma üstün gəldi...

- Çap etdirdiyiniz, yazdığınız əsərlərdən ən doğması hansıdır?

- 12 cild nəsr yazmışam, Rusiyada 50, xaricdə 17 pyesim səhnəyə qoyulub. Bunların arasında ən sevimlini müəyyən etmək çətindir. Amma ən yeni yazdığı əsər müəllifə həmişə daha doğma olur.

- Yaxın illərdə ən populyar ədəbi janr, sizcə, hansı olacaq?

- Qısa povest. Zəmanənin ritminə uyğun...

Moskva-Bakı

Günün bütün mövzuları

XS
SM
MD
LG