Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:52

Almaniyanın kansleri Angela Merkellə ABŞ prezidenti Barack Obama bazar ertəsi Hanoverdəki sənaye yarmarkasında olublar.

Merkel yarmarkanın açılışı ərəfəsində deyib ki, artıq bu il ABŞ-la Avropa Birliyi arasında ticarət razılaşması imzalana bilər.

Liderlər yarmarkasının açılışında çıxış ediblər.

Merkel deyib ki, Transatlantik ticarət və investisiya tərəfdaşlığı Avropa Birliyinin standartlarına müsbət təsir göstərəcək.

O həmçinin Obamanın prezidentliyi dövründə ABŞ sənayesinin inkişaf etdiyini bildirib:

“ Amerika biznesi iqtisadi böhrandan sonra sizin prezidentliyiniz dövründə inkişaf edən sənayenin əhəmiyyətini göstərir. Biz bunu görür və silahlanmışıq. Rəqabət aparmağı xoşlayırıq, amma qalib gəlməyi də sevirik”, deyə Merkel bildirib.

Obama isə çıxışına zarafatla başlayıb: ” Burda, Hanover yarmarkasında siz ABŞ malları və onun ixtiralarını görürsüz. Məsələn 3D printeri ilə çap edilmiş elektromobili. Angela bəlkə gəzişək ? Amma məxfi xidmətdən icsazə almalı olacam.

Liderlər bildiriblər ki, Transatlantik ticarət və investisiya tərəfdaşlığı hər iki tərəf üçün faydalı olacaq.

Amma bir sıra avropalılar hesab edir ki, bu malların keyfiyyətinin pisləşməsinə səbəb olacaq, əmək bazarı və istehlakçıların hüquqlarına pis təsir edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG