Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31

-

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Vergilər Nazirliyi ilə birgə investisiyaların təşviqi və dəstəklənməsi üzrə təkliflər paketi hazırlayıb.

«Trend»in xəbərinə görə, bunu DGK sədri Aydın Əliyev Sahibkarlar Gününün təsis edilməsinə həsr olunmuş konfransda deyib.

Aydın Əliyev qeyd edib ki, təkliflərin hazırlanmasında digər nazirliklərin nümayəndələri də iştirak ediblər. Təkliflər baxılması üçün artıq Nazirlər Kabinetinə təqdim olunub.

A.Əliyevin deməsinə görə, sənəddə gömrük rüsumları və vergi siyasətinə yenidən baxılıb. Ancaq o, təkliflərin detalları ilə bağlı açıqlama verməyib.

Prezident İlham Əliyev aprelin 18-də investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman vermişdi. Fərmanda Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinə də bir sıra vəzifələr tapşırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG