Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:33

-

«May ayına qədər kreditləşməyə yeni baxış və hüquqi çərçivələri müəyyənləşdirən bir model hazırlanacaq».

Bunu ANS televiziyasına müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

«Söhbət sağlam və məsuliyyətli kreditləşmədən gedir. Güman edirəm ki, bu model may ayına kimi hazır olacaq. Onu bank sektorunun təmsilçiləri və ictimaiyyətlə müzakirə edəcəyik», - deyə Aslanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hal-hazırda kreditləşmə üçün məhdudiyyətlər yoxdur.

R.Aslanov qeyd edib ki, banklar həm biznes, həm də istehlak kreditləri verə bilər: «Banklar tərəfindən kreditləşmənin həcminin azalması onunla izah olunur ki, daha öncə onlara kreditlər şəklində yerləşdirdikləri vəsait daha çox gəlirdi. Bank əmanətlərinin illik artımı 30-35 faiz təşkil edirdi. 2016-ci ilin əvvəlindən əmanətlərin məbləği 1.7 milyard manat azalıb. Təkcə mart ayı ərzində azalma 150-200 milyon manat səviyyəsində olub».

İstehlak kreditləri üzrə müəyyən məhdudiyyətlərin mümkünlüyünü qeyd edən Palata sədrinin sözlərinə görə, 2012-2013-cü illərdə banklar tərəfindən müşahidə olunan aqressiv və kütləvi kreditləşməni artıq gözləməyə dəyməz: «Bu baş versə belə, biz onun qarşısını alacağıq. İndi banklar daha çox risksiz və sərfəli kreditləşmə aparmalıdır və onlar bunu etməyə çalışır».

Günün bütün mövzuları

XS
SM
MD
LG