Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:25

-

«Söhbət pensiyaçılara kredit verilməsinin tamamilə qadağan edilməsindən yox, kredit portfelində pensiyaçıların sayı çox olan banklara edilən tövsiyədən gedir».

Bunu ANS televiziyasına Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı deyib.

R.Aslanlının sözlərinə görə, problemli kreditlərin tərkibində aparılan təhlillər ən həssas qrup kimi pensiyaçıların orta aylıq gəlirinin 160 manat olduğunu göstərir. Onların verdiyi aylıq ödənişlər isə 105 manat olur. Palata sədrinin fikrincə, belə olan halda pensiyaçının öz yaşaması sual doğurur.

R.Aslanlı deyir ki, Palatanın araşdırmalarına görə, pensiyaçılar krediti çox vaxt özlərinin yox, yaxınlarının ehtiyacı üçün götürürlər. Onlar isə ödəniş etmədikdə borc avtomatik pensiyaçının hesabından tutulur.

R.Aslanlı qeyd edir ki, bu da pensiyaçıların sosial vəziyyətini pisləşdirir. Onun deməsinə görə, hazırda Palata borclanmanın həm vətəndaşı, həm də bankları qane edəcək modeli üzərində işləyir: «Borc yükünün gəlirlərə nisbəti real olmalıdır. Yəni, vətəndaşın aylıq ödənişi onun aylıq gəlirinin 50 faizindən az olmalıdır. Vətəndaşın borcu ödədikdən sonra əlində qalan pul isə onun aylıq yaşayışını təmin etməlidir».

Maliyyə Bazarlarına Nəzarət Palatası fevralın 3-də prezidenti İlham Əliyevin fərmanı ilə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG