Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:03

«Xudafərin» SES-in istismarı sürətlənir


Mahmoud Vaezi
Mahmoud Vaezi

-

Son iki ay ərzində İran «Xudafərin» su elektrik stansiyasının istismara verilməsi üzrə işləri sürətləndirib və Azərbaycanla sərhəddə Araz çayı üzərində bəndin tikintisini praktik olaraq bitirib.

«Trend»in xəbərinə görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmoud Vaezi deyib.

Nazirin bildirməsinə görə, «Xudafərin» layihəsinin reallaşdırılması çox illər texniki və siyasi problemlərə görə ləngiyib. Amma Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfərindən və sazişin imzalanmasından sonra bu istiqamətdə işlər sürətləndirilib.

Bu ilin fevralında prezident İlham Əliyev İran İslam Respublikasına səfər etmişdi. Həmin səfərdə Araz çayı üzərində «Xudafərin», «Qız qalası» hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə haqqında saziş imzalanmışdı.

XS
SM
MD
LG