Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:08

Həyata dözməyin yeganə yolu kitab oxumaqdır


Kosovada Dünya Kitab Günü tədbiri
Kosovada Dünya Kitab Günü tədbiri

-

Dünya Kitab Günü münasibətilə tanınmış yazıçıların kitab haqda fikirləri

- Uşaqlığımın heç bir günü sevdiyim kitabla keçirdiyim günlər qədər dolğun olmadı. Marcel Proust

- Əgər sən yalnız başqalarının oxuduğu kitabı oxuyursansa, başqalarının düşündüyünü düşünəcəksən. Haruki Murakami

- Oxumaq və yazmaq indiyə qədər tapılmış ən gözəl meditasiya formalarıdır. Tarixdə yaşamış ən maraqlı mütəfəkkirlərin yazdıqlarını oxumaqla biz öz fikrimizi meditasiya edirik. Möcüzədir. Kurt Vonnegut

- Kitab oxumaqdansa bizdə it gəzdirmək, pabda oturmaq geniş yayılıb, bunun da səbəbi kitabın bahalı olmasıdır. George Orwell

- Ruhumuza varlı olmaq imkanı vermək üçün oxumalıyıq. Henry Miller

- Kitabı oxumaq onun içində nə olduğunu bilməyin yeganə yoludur. Bəzi qəbilələr kitabları yeyirlər, amma oxumaq Qərbə məlum olan yeganə anlamaq metodudur. EM Forster

- Yatmazdan əvvəl oxumağa yaxşı bir kitabın olduğunu bilmək zövqlərin ən böyüyüdür. Vladimir Nabokov

- Oxumaq və yazmaq da başqa şeylər kimi təcrübəylə inkişaf edir. Gənc oxucular və yazıçılar olmasa, deməli, sabah yaşlı oxucu və yazıçılar da olmayacaq. Savadlılıq və buna bağlı olan demokratiya da ölüb gedəcək. Margaret Atwood

- Yaşayışa dözməyin yeganə yolu özünü orgiya kimi kitablara qərq etməkdir. Gustave Flaubert

- Məncə, yalnız bizi yaralayan kitabları oxumalıyıq. Əgər kitabı oxuyanda dik atılmırıqsa nəyçün oxuyuruq?! Franz Kafka

- Oxuyanda, yazanda nə tökürsənsə aşına, o da çıxır qaşığına. Qədim məsəldir, amma həqiqətdir. Zadie Smith

- Kitab oxumaq qabiliyyətimi itirə biləcəyimdən qorxanda oxumağa vuruldum. Ona qədər qədrini bilmirdim, necə ki, insan nəfəs almağı sevə bilməz. Harper Lee

- Oxumaq başqa insanın dərisinə, səsinə, ruhuna girməyin yeganə yoludur. Joyce Carol Oates

- Ədəbiyyatın gözəlliyinin bir hissəsi də budur ki, sən dünyəvi həsrətin bir parçası olduğunu anlayırsan. Sən artıq tək olmursan, özünü təcrid hiss etmirsən, sən harasa aid olursan. F Scott Fitzgerald

- Mən özümü itirmək və tapmaq üçün oxuyuram. Imani Mosley

"The Guardian"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG