Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

Abşeron çimərliklərində təmizlik işləri


Robert Cekuta və xanımı Abşeron çimərliklərindən birində təmizlik işləri apararkən.

Robert Cekuta və xanımı Abşeron çimərliklərindən birində təmizlik işləri apararkən.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta və xanımı FLEX təhsil proqramının məzunları ilə birlikdə Torpaq Gününü Abşeron çimərliklərindən birində təmizlik işlərinin aparılması ilə qeyd ediblər.

Bunun ardınca səfir Abşeron Milli Parkına gedərək «Parklarda gəzinti» kampaniyasının başlandığını bildirib. O, Azərbaycanın bütün milli parklarına getmək niyyətində olduğunu açıqlayıb. Bu kampaniya ABŞ Milli parkları sisteminin yaradılmasının yüzilliyi ilə üst-üstə düşür.

Robert Cekuta və xanımı Abşeron çimərliklərinin birində təmizlik işləri apararkən

Robert Cekuta və xanımı Abşeron çimərliklərinin birində təmizlik işləri apararkən

R.Cekuta qeyd edib ki, milli parklar təkcə təbiətin mühafizəsi və insanların istirahəti baxımından yox, həm də gəlir əldə edilməsi baxımından vacibdir. ABŞ milli parklar sistemi hər il 30 milyon dollar gəlir gətirir.

Səfir təkcə milli parklarda deyil, həm də hər yerdə ətraf mühitin qorunmasının vacibliyini vurğulayıb.
O, deyib ki, milli parka getmək və çimərliyin təmizlənməsində iştirak etməklə təbiətin qorunmasında hər kəsin rolunu xatırlatmaq istəyib.

Torpaq Günü münasibətilə keçirilən builki tədbirdə ABŞ-da təhsil almış 25 məzun və səfirliyin 15 əməkdaşı iştirak edib.

Abşeron çimərliyi...

Abşeron çimərliyi...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG