Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:46

-

Dövlət Neft Fondunun vəsaitlərinin 87.5 faizi dünyanın 3 aparıcı valyutasında saxlanılır. Bunlar ABŞ dolları, avro və funt-sterlinqdir.

Fins.az bu haqda fondun hesabatına istinadən xəbər verir.

Hesabata görə, fondun ümumi investisiya portfeli 33 milyard 936 milyon dollardan artıqdır.

Həmin vəsaitlərin əsas hissəsi dollarda saxlanılır. Dollarla olan hissə 47.1 faiz və ya 15 milyard 975 milyon təşkil edir.

Avroda olan vəsaitlər investisiya portfelinin 35.5 faizi qədərdir. Yəni, 10 milyard 655.8 milyon dollar həcmindədir.

Britaniya funtunda saxlanılan vəsait 1 milyard 150 milyon dollara və ya 4.9 faizə bərabərdir.

Fondun vəsaitlərinin 3.5 faizi qızılda saxlanılır.

Bunlardan başqa, vəsaitlərin bir hissəsi rus rublunda, türk lirəsində, yapon yenində, Çin yuanında və başqa valyutalardadır.

Neft Fondunun vəsaitlərinin cəmi 309.2 milyon dolları və ya 0.9 faizi manatda saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG