Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:03

-

BMT baş katibi Ban Ki-moon Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna video-konfrans vasitəsilə qoşulacaq. Bu haqda baş katib Cənubi Qafqaz regionuna səfərini təxirə salması ilə bağlı prezident İlham Əliyevə göndərdiyi məktubunda qeyd edib.

Baş katib Cənubi Qafqaza səfərini ertələməsindən dolayı üzrxahlıq edib. O, səfərin təxirə salınmasının qlobal böhranlarla əlaqəli olduğunu ifadə edib.

«Ümidvaram ki, siz indiki xüsusi dövrdə qlobal böhranlar səbəbindən mənim Nyu-Yorkda olmağıma anlaşma ilə yanaşacaqsınız. Əfsuslar olsun ki, bəzən baş verən fövqəladə hallar siyasi lider kimi ən böyük arzularımıza və əvvəlki öhdəliklərimizə müdaxilə edir», - deyə Ban Ki-moon məktubunda bildirib.

Baş katib həmçinin, səlahiyyət vaxtı bitənədək Azərbaycana gələcəyinə ümidvar olduğunu yazıb.

BMT baş katibi Ban Ki-moon bu qurumun Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Bakıya gələcəkdi. Səfər sonradan təxirə salınıb.

Forum aprelin 25-də başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG