Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:40

İlkin Rüstəmzadənin atası reanimasiyadadır


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

-

Həbsdə olan NİDA üzvü İlkin Rüstəmzadənin atası Bəkir Rüstəmzadənin aprelin 22-də səhhəti pisləşib. Onu xəstəxanaya yerləşdiriblər. Bu haqda jurnalist Şahvələd Çobanoğlu xəbər verir.

Şahvələd Çobanoğlunun bildirdiyinə görə, B.Rüstəmzadənin ürəyində ciddi problemlər var. Reanimasiyaya yerləşdirilən valideynin ürək damarlarında açılma aparılmalıdır.

Tibb əməliyyatının bu gün aparılması planlaşdırılır.

«Azad Gənclik» Təşkilatının fəalı, həbsxanada NİDA-ya üzv olan İlkin Rüstəmzadə 2013-cü ilin aprelində həbs olunub. Məhkəmə onu xuliqanlıq, silah və kütləvi iğtişaşda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

İlkin Rüstəmzadənin adı hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alır.

XS
SM
MD
LG