Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:52

-

Çin üzən atom elektrik stansiyaları yaratmaq və onları Cənubi Çin dənizindəki süni adalara yönləndirmək niyyətindədir. Bu barədə ölkə mətbuatı yazıb.

ABŞ Dövlət Departamentinin təmsilçisi deyib ki, Vaşinqton Cənubi Çin dənizi ölkələrini birtərəfli hərəkətlərdən çəkinməyə çağırır.

Spratli arxipelaqındakı süni adaların bəzilərində təyyarələr üçün enmə meydançası var. Bu adalarda sualtı kəşfiyyat gəmilərini tuta bilən radar qurğuları tikilir. Ekspertlər hesab edirlər ki, bu, Çin ordusunun imkanlarını genişləndirəcək.

Ekoloqlar üzən atom stansiyalarının ətraf mühitə zərər vuracağından narahatdır. Siyasi ekspertlər isə düşünür ki, bu, bölgədə bəzi ölkələrə hərbi təhlükə yaradacaq.

Yaxın həftələrdə Haaqa Məhkəməsi Filippinin Çinə qarşı iddiasına baxacaq. Filippin tələb edir ki, onun sahillərindən o qədər də uzaqda olmayan arxipelaqda Çinin hərbi məqsədli fəaliyyəti qanunsuz sayılsın. Məhkəmənin iddianı təmin edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG