Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44

-

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbs müddəti uzadılıb. Nəsimi məhkəməsi aprelin 23-də bununla bağlı qərar verib.

«Report»un xəbərinə görə, məhkəmədə onun həbs müddəti daha 3 ay uzadılıb.

Qeydiyyatı olmayan Müsəlman Birliyi Hərəkatına ilahiyyatçı Tale Bağırzadə rəhbərlik edir. İlahiyyatçı ötən ilin noyabrının 26-da Nardaran qəsəbəsində güc orqanlarının keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb.

T.Bağırzadənin müavini E.Qasımov isə ondan daha əvvəl - noyabrın 5-də tutulmuşdu. Onun Sabunçu polisində saxlanması dindarların etiraz aksiyasına səbəb olmuşdu.

Əvvəlcə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamağa görə 30 sutka inzibati məsuliyyətə cəlb olunan E.Qasımov barəsində daha sonra həbs-qətimkan tədbiri seçilmişdi. O, xuliqanlıqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG