Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:02

«Əl-Qaidə»ni maliyyələşdirən şəxs tutulub


Pakistan polisi
Pakistan polisi

-

Pakistanın Karaçi şəhərində «Əl-Qaidə»ni maliyyələşdirən şəxs həbs olunub.

Aprelin 22-də polisin verdiyi məlumata görə, Abdul Rehman Sindhi təhlükəsizlik əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Polis rəhbəri Muqadas Haider «Reuters»ə deyib ki, Sindhi «Əl-Qaidə» veteranıdır. O, Osama bin Laden və Ayman al-Zawahiri ilə əlaqədə olub. Harkat-ul Jihad, Jaish-e-Mohammad və Al-Akhtar Trust ilə işləyib.

A.R.Sindhi «Əl-Qaidə»ni maliyyələşdirən şəxs kimi BMT-nin 2012-ci ildə tərtib etdiyi sanksiyalar siyahısında idi.

XS
SM
MD
LG