Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:19

Obama: Uzun çəkdi...


David Cameron və Barack Obama
David Cameron və Barack Obama

-

Londonda olan ABŞ prezidenti Barack Obama Böyük Britaniyanın baş naziri David Cameron-la birgə keçirdiyi mətbuat konfransında deyib ki, Suriyada atəşkəs Vaşinqtonun gözlədiyindən də uzun çəkdi.

Prezidentin sözlərinə görə, son 7 həftədə Suriyada hərbi münaqişə səngiyib və bu, xalqa bir yüngüllük gətirib.

Barack Obama deyib, görünən odur ki, Moskva İranla birgə Bashar Assad-ın sərt rejimini dəstəkləməkdə davam edir.

Barack Obama səfəri zamanı Cameron-la Böyük Britaniyanın Avropa Birliyindəki yeri ilə bağlı gözlənən referendumu da müzakirə edib. Hər iki siyasətçi Avropa Birliyinin güclü olduğunu qeyd edib. Ancaq Cameron bildirib ki, britaniyalılar öz qərarlarını müstəqil verəcəklər.

Obama və xanımı Michelle Kraliça Elizabeth II ilə qəhvəaltı ediblər.

Barack Obama səfərindən əvvəl «The Telegraph» qəzetində britaniyalıları Avropa Birliyindən çıxmağa səs verməməyə çağırıb, -BBC xəbər verir.

Obama-nın mövqeyi AB-dən çıxmaq istəyənlər tərəfindən tənqid olunub.

Böyük Britaniyanın Avropa Birliyində qalıb-qalmaması ilə bağlı referendum iyunun 23-də keçiriləcək.

XS
SM
MD
LG