Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:03

Gəmidəki yanğında bir nəfər itkin düşüb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Xəzər dənizində yanan Rusiya tankerinin 11 nəfər heyət üzvündən 10-u xilas olub. Baş mexanik Andrei Kramchuk isə itkin düşüb.

Bu haqda Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası və Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin birgə açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, aprelin 23-də saat 09:35-də Rusiya bayrağı altında üzən «Palflot-2» tankerində sahildən təqribən 110 kilometr məsafədə yanğın baş verib. Tanker Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində hərəkət edirmiş.

Yanğınla bağlı Dövlət Dəniz Administrasiyasına SOS siqnalı daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qəzaya müdaxilə ediblər.

Fövqəladə Hallar Nazirliyinin «Mİ-17-1V», «KA-32» helikopterləri, «Vixr-5» gəmisi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus «Caspian Voyager», «Caspian Protector», «İslay» və «Jura» gəmiləri yanğının söndürülməsinə cəlb olunub.

XS
SM
MD
LG