Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:25

Azərbaycan Paris razılaşmasını imzalayıb


BMT
BMT

-

Aprelin 22-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) Mənzil Qərargahında İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sənədi 171 ölkənin nümayəndəsi imzalayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını Azərbaycan adından isə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Paris Razılaşması 2015-ci il dekabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub.

XS
SM
MD
LG