Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:04

F.Qoca: Demək, ortada cinayət var ki, Əkrəmi mühakimə edirlər


Fikrət Qoca

Fikrət Qoca

-

"Ortada cinayət varsa, cəzası da olmalıdır”.

AzNews.az xəbər verir ki, bunu Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca yazıçı Əkrəm Əylisliyə qarşı cinayət işinin açılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O deyib ki, Azərbaycanın qanunları var və o, hər bir vətəndaş üçündür: “Demək ortada cinayət var ki, onu mühakimə edirlər. Biz nə deməliyik axı? Deyək ki, düz etmirsiniz? Qanun qanundur. Biz ona qarışa bilmərik”.

F.Qoca deyib ki, belə məsələlərlə bağlı indidən fikir irəli sürmək tezdir: “Bəlkə heç həbs olunmayacaq. Müzakirə olunacaq bir məsələ deyil ki, Yazıçılar Birliyi də ona hər hansı rəy bildirsin. Əlbəttə, istəməzdik belə hal olsun”.

Günün bütün mövzuları

XS
SM
MD
LG