Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58

-

Fuad Rəsulzadə

SKARABEY QURDUNA DEDİKLƏRİM

(Tural Qurbanovun timsalında bütün şəhidlərə)

Ən soyuq yerlər qəbiristanlıqlardır

Ən kimsəsiz yerlər də...

Ən yaxın yer də bizə oradı

Haradasa bir güllə uzaqlığında.

Bir atımlıq göz yaşı,

tək buraxılıb getmək

Orda yatanlara da bəlkə ona görə

bu qədər pis təsir eləyir ölmək.

Və sən ey cənazə ora gələn kimi

duyuq düşüb gələn skarabey qurdu!

Sənsən ordakıların ən sadiq dostu,

ətlərini yesən də sümüyünü atmayan!!!

YUBİLEYİMƏ ELEGİYA

Qeyd edirəm yaşımı

Tək-tənha bir qatarda

Otuz il belə keçdi

Arzum harda, mən harda?!

Hər tərəfimi basıb

Qaranlıq, ümidsizlik.

Kökdən düşmüş alətəm

Hardasa 30 illik.

Bədənim də özümə

İstəyir etsin qiyam,

Ona da macal vermir

Məhv olmuş ambissiyam.

Baxıb inanmıram da

Özümə, taleyimə.

Gəlib qatardakılar

Bəlkə də yubileyimə.

Yox, onlar gəlmir, gedir

Tələsirlər harasa.

Bilirəm darıxmırsan

Heç olmasa yada sal.

KASIBLIĞIN FƏLSƏFƏSİ

Kaş ki,

daha daşı qaldırmaya,

gəlmək üçün tanrıların xoşuna.

Xoşbəxtlik üçün etdiyimiz

bütün cəhdlərimizin

Sizifin daş qaldırmağı qədər

boşuna olduğunu

hamı düşünə.

Xəyallar, coğrafiya kitablarında

qiyabi səyahətlə başlayıb

metro kartını 2 manata satmaqla qurtarır,

ən çılğın ehtiraslardan geriyə

qalsa-qalsa ancaq uşaq qalır.

Böyüklər həmişə deyirdi

əsas pul deyil, sağlıqdı.

Alimlərin araşdırmasına görə

ən sağalmaz irsi xəstəlik

kasıblıqdı.

Ən yaxşı saçlar

oğul meyidinin üstündə

yolunur.

Bir otaqlı kirayə evlər, ilahi!

Necə bir dünya ümidə

peredelka olunur?!

Günün bütün mövzuları

XS
SM
MD
LG