Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:56

-

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) nəşrləri seriyasından Bakıda “YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI” (“YAÑA TATAR ŞİĞERE ANTOLOGİYӘSE” – “ЯҢА ТАТАР ШИГЫРЕ АНТОЛОГИЯСЕ”) işıq üzü görüb.

“Hədəf” nəşriyyatında çıxmış yeni nəfis kitab tatar xalqının görkəmli oğlu, tatar ədəbiyyatının tanınmış nümayəndəsi, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında vəfat etmiş Abdulla Tukayın (Ğabdulla Tuqay; 1886-1913) 130 illik yubileyinə ad edilib.

Kitabda Tatarıstanın 23 istedadlı gənc şairinin (Rifat Salah, Fənil Gilaji, Bulat İbrahim, Şan (Alsu Nurqatina), Alyona Kərim, Aydar Camal, Daniya Nağimullina, Elnar Baynazar, Elvira Hadiyeva, Fidail (Fidail Mәjit), Gülnaz Əziz, Gülnaz Vəli, Gülnur Qurban, İlmira Kamayeva, Lenar Şeyx, Leniza Vəli, Leysan Fəthətdin, Liliya Qıybadullina, Luiza Yansuar, Rezeda Qobəyeva, Rüzəl Əhmədiyev, Rüzəl Mühəmmədşin, Yıldız Minnullina) şeirləri toplanıb.

Antologiyanı burada oxumaq olar.

Nəşrin məsləhətçiləri millət vəkili professor Nizami Cəfərov, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rafis Qurban, Tatarıs­tan­da yaşayan soydaşımız, vəkil İsmət Orucəliyevdir.

Yeni antologiyanın tərtibçisi (ümumi redaktə işinə və nəşrə məsul) şair-publisist Əkbər Qoşalı, koordinatoru Tatarıstan Yazıçılar Birliyinin başqan müavini Rəmis Aymet, redaktorları DGTYB Məsləhət Şurasının üzvləri Həyat Şəmi və filoloq Sərdar Şirvan, dizayneri Teymur Fərzidir.

Millət vəkili Cavanşir Feyziyevin “ÖnSöz” (“Bakıdan Kazana ədəbi və əbədi salam...”) yazdığı yeni nəşrdə, həmçinin tanınmış tatar ədibləri Çulpan Zərif Çətin, Robert Minnullin və Rədif Qataşın birgə hazırladığı “Tatar şeirinin (ədəbiyyatının) özəllikləri və tendensiyaları” adlı təhlil yazısı da yer alıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “KitabEvimAz”ın qurucusu Şəmil Sadiq, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü Afaq Şixlı (Moskva), Sum­qayıtdakı Əli Kərim adın Poeziya Klubunun direktoru İbrahim İlyaslı, DGTYB Məsləhət Şurasının üzvü, şair Elman Tovuzun rəyçisi olduğu “YENİ TATAR ŞEİRİ ANTOLO­GİYASI”ndakı şeirlər, əsasən ruscadan, müəyyən bir qismi isə orjinaldan (tatarcadan) çevrilib.

Antologiya Tatarıstan Yazıçılar Birliyinin təqdim etdiyi materiallar, həmçinin “Антология новой татарской поэ­зии” (“Oktyabr”, Moskva-2015) kitabında yer alan mətnlər, habelə bir qismi gənc tatar şairlərinin şeir kitabları, yaxud onlar tərəfindən biləvasitə göndərilən şeirlər əsasında hazırlanıb.

Şeirlər azərbaycancaya Afaq Şıxlı, Akəm Xaqan (Məmmədzadə), Elxan Yurdoğlu (Məmmədli), Elşad Barat, Əkbər Qoşalı, Faiq Balabəyli, Fərqanə Mehdi, Günel Gün (Lətif), Həyat Şəmi, İntiqam Yaşar, Könül Aydın (Nəhmətova), Lamiyə İsazadə, Nigar Rəhimova, Rəsmiyyə Sabir, Səhər Əhməd, Şahməmməd Dağlaroğlu, Şəfəq Sahibli, Təranə Turan (Rəhimli), Turan Teymur və Ülkər Piri (Dəniz) tərəfindən çevirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG