Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

ABŞ prezidenti Barack Obama aprelin 22-də Londonda Böyük Britaniyanın baş naziri David Cameronla görüşüb.

Liderlər görüşdən sonra birgə mətbuat konfransında jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

Obama deyib ki, Avropadakı miqrasiya böhranı və hadisələrin pis inkişafı ABŞ-ın maraqlarına təhlükədir. Çünki Avropa ümumi bazardır və bu bazarın zəifləməsi ABŞ-ın maraqlarına ziyan vuracaq.

Obama həmçinin qeyd edib ki, Böyük Britaniyanın Avropa Birliyinə üzvlüyü Britaniyanın özünün güclənməsi baxımından müsbət rol oynayır.

ABŞ prezidenti deyib ki, Avropanın birliyinin böhranda olduğunu düşünmür, amma birlik sınaq dövrünü keçir.

Rusiyadan gələn təcavüzə gəldikdə isə Cameron təcavüzlərə qarşı durmaq üçün güclü Avropada maraqlı olduqlarını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG