Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Mayın 5-dən 21-dək 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatını izləmək üçün daha6 klubun menenceri Azərbaycana gələcək.

AFFA-nın məlumatına görə, bunlar “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya) və “Middlsbro” (İngiltərə) klublarıdır.

Belə ki, bu klublar oyunları izləmək üçün Bakıya gəlmək istəmələri barədə AFFA-ya rəsmi müraciət göndəriblər.

Qeyd edək ki, bundan əvvəl “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarının menecerlərinin də Bakıya gələcəkləri məlum olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG