Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02

-

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri iyun ayında Azərbaycana səfər edəcəklər.

APA-nın xəbərinə görə, bu barədə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirib.

Onun sözlərinə görə, digər həmməruzəçi - rumınıyalı deputat Sezar Preda ilə gerçəkləşdirəcəyi səfər Azərbaycanda bir dairə üzrə keçiriləcək seçkilərlə əlaqədardır: “Azərbaycanda bir dairə üzrə seçkilər iyunun 18-də keçiriləcək. Biz bu seçkilərdən Azərbaycana növbəti dəfə səfər etmək imkanı kimi yararlanacağıq. Biz həm keçiriləcək seçkiləri müşahidə edəcək, həm də hökumətlə danışıqlarımızı davam etdirəcəyik”.

İyunun 18-də 90 saylı Ağdaş Seçki Dairəsi üzrə təkrar seçkilər keçiriləcək.

Ötən il noyabrın 1-də keçirlən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələrini ləğv etmişdi.

İlkin hesablamaya görə, dairədən əvvəlki deputat Çingiz Əsədullayev lider olsa da MSK səsvermə günü ciddi pozuntulara yol verildiyi əsası ilə nəticələri ləğv etmişdi.

O zaman media MSK-nın bu qərarını Ç. Əsədullayevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohum olmasına bağlamışdı.

XS
SM
MD
LG