Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:10

Suriya təyyarəsi Dəməşq ətrafında qəzaya düşüb.

Pilotun taleyi və qəzanın səbəbi hələ ki, bəlli deyil.

Qəza Dəməşqin cənub-qərbində baş verib.

Məlumatlara görə təyyarə “İslam Dövləti” qrupunun nəzarətində olan ərazidə uçurmuş.

“İslam Dövləti Qrupu” yaraqlıları bundan əvvəl Suriya təyyarəsini vurduqlarını bəyan etmişdilər.

Amma bu məlumat hələ ki, müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

İsrail mətbuatı isə aprelin 22-də Suriyadakı Rusiya təyyarələrinin İsrailin hərbi təyyarələrinə 2 dəfə atəş açdıqlarını yazır.

Amma bunun harda və nə vaxt baş verməsi, nə ilə nəticələnməsi barədə məlumat verilmir.

Kremlin sözçüsü Dimitry Peskov məlumatı rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG