Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:23

-

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyit Azərbaycana gətirilib

Xəbəri Fövqəladə Hallar Nazirlyi yayıb.

Nazirlik bildirir ki, həmin meyt aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmışdı. Onun “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin olması ehtimal edilir.

Meyitin tanınması və ölkəyə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

Təyyarə aprelin 22-də geri dönüb və meyit aidiyyəti üzrə təhvil verilib.

2015-ci il dekabrın 4-də Xəzər dənizindəki “Günəşli ” yatağının 10 saylı platformasında qəza baş vermişdi. Platformada olan 64 neftçidən onda yalnız 34 xilas edilmişdi. Hadisədən dərhal sonra 7, daha sonra 6 meyit aşkarlandı. Bundan sonra 2 meyit də tapılıb, şəxsiyyəti müəyyən edilib. Hazırda qalan neftçilər itkin sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG