Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

-

E.Məmmədyarov İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd edilib.

Mahmud Vaezi cəbhədə son gərginlik zamanı Azərbaycanın mülki əhalisi və hərbi qulluqçuların vəfatı ilə bağlı başsağlığı verib.

İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edib.

Elmar Məmmədyarov da Mahmud Vaezini Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib

O, Qarabağ münaqişəsi ilə bağlı İranın tutduğu mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb.

E. Məmmədyarov deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Görüşdə həmçinin, iki ölkənin bölgələri arasında əlaqələr, energetika, nəqliyyat, neft daşımaları və ticarət sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfərdə olan Mahmud Vaezi bundan əvvəl president İlham Əliyevin qəbulunda olmuşdu. Prezident onu Azərbaycanın “Dostluq” ordeni ilə təltif etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG