Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:06

Yay Olimpiya Oyunlarının keçiriləcəyi Rio-de-Janeyroda velosiped yolu uçub.

Yol olimpiya oyunları üçün tikilsə də , oyunların başlamasına 3 ay qalmış uçaraq okeana düşüb.

Şahidlərin sözlərinə görə, hadisə vaxtı yolda bir neçə adam və avtobus olub:” Mən su püskürtüsünə çöndüm, həmin hissədə foto çəkən 5 nəfər yoxa çıxdı. Yandan ötən maşın isə aşaraq suya düşdü, pəncərələri sınmışdı”, şahidlərdən biri deyib.

Hakim dairələrin dediyinə görə 2 nəfər ölüb.

Uçan hissə 3 kilometrlik velosiped yolunun bir hissəsi idi və bu ilin yanvarında açılmışdı.

Qəza Braziliyaya aparmaq üçün Yuanıstandan olimpiya məşhəlinin götürülməsindən bir neçə saat sonra baş verib.

Olimpiyada avqustun 5-də başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG