-
Aprelin 22-də prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Şuradan APA-ya verilən xəbərə görə, iclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev növbəti dəfə Şuranın sədri seçilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Şuranın sədr müavini olub.
Prezident İlham Əliyev 2 gün əvvəl verdiyi sərəncam ilə Şuranın yeni tərkibini təsdiq etmişdi.
Bu şura 2007-ci ildə yaradılıb. Elə o vaxtdan Azay Quliyev bu quruma rəhbərlik edir.