Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:30

-

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının ilk iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərmanın icrası ilə əlaqədar bir sıra məsələlər müzakirə olunub

Bundan əlavə, bu il ümumtəhsil məktəblərinin 7-8 və 11-ci siniflərində keçirilmiş monitorinq imtahanlarının protokolları təhlil edilib.

Direktorlar Şurasının iclasında yaxın günlərdə qurumun yeni rəsmi saytının və Facebook səhifəsinin istifadəyə verilməsi qərara alınıb.

Aprelin 11-də prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman vermişdi. Bu fərmanla Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya birləşdirilirdi.

Bir gün sonra isə TQDK-nın rəhbəri Məleykə Abbaszadəni bu qurumun Direktorlar Şurasının sədri təyin etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG