Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:02

Səfirlik əməkdaşının maşınına güllə dəyib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Aprelin 21-də «Bulaq» restoranında baş verən silahlı münaqişədə ABŞ-ın Azərbaycandakı səfirinin müavininin maşınına da güllə dəyib.

Atışmada iki nəfər yaralanıb. Münaqişənin borc üstündə baş verdiyi bildirilir.

«Turan» İnformasiya Agentliyinin Səbail polisindən aldığı məlumata görə, odlu silahdan açılan atəş nəticəsində Astara sakini Fərid Ələkbərov və Bakı sakini Süleyman Abdullayev ağır yaralanıb.

Atışma haqda polisə xəbəri də ABŞ səfirinin müavini Dereck Hogan-ın verdiyi bildirilir. Güllələrdən birinin onun maşınına dəydiyi deyilir.

«Turan»ın sorğusuna cavab olaraq ABŞ səfirliyi faktı təsdiqləyib. Güllə atılan zaman səfir müavini avtomobildə olmayıb.

XS
SM
MD
LG