Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:35

-

Samir Kərimov SOCAR prezidenti Rövnəq Abdullayevin müşaviri təyin olunub. O, «SOCAR Turkey Energy» şirkətinin birinci vitse-prezidenti postunu tuturdu.

«Report» bu xəbəri «SOCAR Turkey Energy»yə istinadən yayıb.

SOCAR-ın beynəlxalq kapital bazarları ilə əlaqədar layihələrinin idarə edilməsi Samir Kərimova həvalə edilib.

«Samir Kərimov SOCAR-ın təsisçiliyi ilə yaradılan, onun nizamnamə kapitalında paya sahib olan qurumun kapital bazarları ilə bağlı strategiyalarını müəyyən edəcək», - «SOCAR Turkey Energy»dən bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG