Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:09

Sabaha mülayim hava gözlənilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Aprelin 23-ü Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Yağıntı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeron yarımadasında gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda isə gecə 8-10, gündüz 17-19 dərəcə isti gözlənilir.

Sabah ölkənin rayonlarında da hava mülayim olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qısa müddətli yağış gözlənilir. Gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

XS
SM
MD
LG