-
Bakı şəhəri və Abşeron yarımadasında güclü küləklə əlaqədar SOCAR-ın dənizdəki yataqlarında işləyənlərə xəbərdarlıq olunub.
Bunu «Report»a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
N.Quliyev bildirib ki, hava şəraiti ilə əlaqədar əvvəlcədən yerlərdə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Təhlükəli işlər məhdudlaşdırılıb və hazırda hər şey normaldır.
2015-ci il dekabrın 4-də Neft Daşlarında vaqon-otaqda olan 3 fəhlə qasırğa nəticəsində dənizə düşmüşdü. Həmin gün axşamüstü isə «Günəşli» yatağındakı 10 saylı platformada yanğın baş vermişdi. Bu yanğında 30 nəfər itkin düşmüşdü. Həmin neftçilərdən 10-dan çoxunun hələ də meyiti tapılmayıb.
Bəzi ekspertlər hesab edirdilər ki, onda SOCAR hava şəraiti ilə bağlı ciddi zəruri tədbirlər görsəydi, fəlakətin belə ağır nəticələri olmazdı.