Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:26

Avanqard ədəbiyyat siyasətə nümayişkəranə etinasızlıq göstərirdi


Clement Greenberg

Clement Greenberg

-

"Avanqardın əsas funksiyası “eksperiment” etmək deyil, mədəniyyəti ideologiyanın müdaxiləsi və zorakılığı olmadan irəli aparmmağın yolunu tapmaq idi."

Clement Greenberg

"Avanqard və Kitsch" məqaləsindən (1939) kiçik bir parça

Thomas Eliot

Thomas Eliot

Necə olur ki, eyni bir sivilizasiya eyni vaxtda bir-birindən bu qədər fərqli iki əsər yazır: T. S. Eliot’un şeiri və Tin Pan Alley’nin nəğməsi, Braque’in rəsmi və “Saturday Evening Post” qəzetinin üz qabığı... Hamısı da mədəniyyət adına, eyni bir mədəniyyərin, eyni bir cəmiyyətin içində.

Kitsch sənətkar Jeff Koons'un əsəri

Kitsch sənətkar Jeff Koons'un əsəri

Eliot’un şeiri ilə Eddie Guest’in şeiri – gör mədəniyyətin perspektivi nə qədər genişdir.

Bir mədəni ənənə daxilində bu fərqlilik təbiidir, ya yoxsa bu, yeni və yalnız bizim dövrə xas cəhətdir?..

Keçmişdə bir Aleksandrianizm – akademizm vardı və o, ziddiyyətli məsələləri əks etdirmirdi, yalnız statik, hərəkətsiz, öz dediklərinə görə, əbədi məsələləri əks etdirirdi. Beləcə, eyni-eyni məsələlər minlərlə müxtəlif ədəbiyyat və sənət əsərində əks olunur, yeni bir şey yaradılmırdı.

Aleksandrianizmdən uzaqlaşmaq üçün Qərb burjua cəmiyyətinin bir hissəsi avanqard mədəniyyət yaratdı. Bu, cəmiyyətin yeni tənqidinə, tarixi tənqidinə rəvac verdi.

15, 16, 19-cu əsrlərin daha intellektual cəmiyyətlərində rəssamlar, şairlər yetişdi. Avanqardın doğuluşu xronoloji və coğrafi, Avropa elmi inqilabının inkişafıyla pararlel getdi.

O zamann avanqard hesab edilən ilk bohemlər siyasətə nümayişkəranə etinasızlıq göstərirdilər. Buna cəsarət də lazım idi, çünki burjua cəmiyyətindən bohemə doğru avanqard emiqrasiya həm də kapitalizm bazarından getməyi nəzərdə tuturdu ki, bu da yazıçı və şairlərin aristokrat himayəsindən məhrum olması demək idi.

Avanqardın birinci və əsas funksiyası “eksperiment” etmək deyil, mədəniyyəti ideologiyanın müdaxiləsi və zorakılığı olmadan irəli aparmmağın yolunu tapmaq idi.

Avanqard şair və rəssam özünü siyasətdən qorumaq üçün cəmiyyətdən aralandıqca ən uc nöqtəyə gəldi: “İncəsənət xatirinə incəsənət”, “xalis incəsənət” anlayışları ortaya çıxdı.

Avanqard şair və rəssam sırf öz gücünə, müstəqil şəkildə absolyut yüksək sənət yaratmaq istərkən sözün Aristotel işlədən mənasında, Tanrını təqlid etmiş kimi oldu. Məzmun ədəbiyyat və ya sənət əsərinin formasına elə oturdulmalıydı ki, ədəbiyyat və sənət özbaşına bütöv halda mövcud ola bilsin…

Budur “abstrakt” sözünün mənşəyi. Ümumi təcrübədən, hamının yaşadığından üz çevirən şair və ya rəssam özünü yalnız öz əsərinin dalğasına kökləmişdi.

Çox keçmədən yenidən ədəbiyyat və incəsənət imitasiyaya, imitasiyanın imitasiyasına çevriləcəkdi...

XS
SM
MD
LG