Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Netanyahu və Putin nədən danışdılar


Vladimir Putin (sağda) və Benjamin Netanyahu

Vladimir Putin (sağda) və Benjamin Netanyahu

-

İsrailin Baş naziri Benjamin Netanyahu aprelin 21-də Moskvada Rusiya Prezidenti Vladimir Putin-lə görüşüb. Tərəflər Suriyada qüvvələrin koordinasiyasını müzakirə ediblər.

Netanyahu Putin-ə deyib ki, Suriyadakı təkmil silahların sonucda Livan hərbi qruplaşması olan Hizballah-ın əlinə keçəcəyindən narahatdır. Hizballah da Rusiya kimi Suriya hökumətinin müttəfiqidir.

Netanyahu televiziya çıxışında bildirib ki, Hizballah belə silahlar əldə edərsə, İsrail Golan Yüksəkliyində “daha bir terror cəbhəsi”nin açılacağından qorxur.

İsrail Suriyanın Golan dağlarını 1967-ci ildə tutub və 1981-ci ildə anneksiya edib. Netanyahu deyib ki, Golan “qırmızı xətdir” və İsrailin bir hissəsi olaraq qalmalıdır.

İsrail Suriya münaqişəsindən kənar durmağa çalışıb. Ancaq Netanyahu təsdiqləyib ki, ölkəsi Hizballah-ın “oyunu dəyişəcək” silahlar əldə etməsini önləməkdən ötrü sərhəddə əməliyyatlar keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG