Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:56

39 yaşlı qadının özünü asdığı deyilir


-

Bakıda 39 yaşlı qadın intihar etdiyi bildirilir. APA-nın xəbərinə görə, hadisə ötən gecə Xəzər rayonu Binə qəsəbəsindəki “Südçülük Sovxozu” adlandırılan ərazidə qeydə alınıb.

Xəzər Rayon Polis İdarəsinin verdiyi məlumata görə, Kəmalə Umudovanın evdə asılmış meyitinin aşkarlandığı bildirilir.

Hadisə yerinə gələn 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Qadının ailə üzvləri dindirilib. Daha sonra meyit müayinə üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının morquna aparılıb.

Ölümün səbəbi, hələlik, açıqlanmır.

Aprelin 21-də isə ölkədə daha 4 intihar hadisəsinin baş verdiyi bildirilirdi. Bu hadisələrin 3-nün Bakıda, birinin isə Sabirabad rayonunda baş verdiyi qeyd edilirdi.
Azərbaycanda son vaxtlar intihar hallarının artdığı söylənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG