Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:51

-

ABŞ Konqresinin liderləri Dövlət katibi John Kerry-yə İrana görə xəbərdarlıq edib. Onlar Kerry-nin İranın nüvə sazişindən iqtisadi fayda əldə etməsinə aşırı kömək göstərməyə çalışdığını deyirlər.

Aprelin 22-də Kerry iranlı həmkarı Javad Zarif ilə Nyu Yorkda görüşməlidir. Kerry deyib ki, görüşdə ABŞ sanksiyalarının Tehranın iqtisadi qazancını əngəlləməsi müzakirə olunacaq.

“Administrasiya İranın dollar və ABŞ maliyyə sisteminə birbaşa, yaxud dolayısı ilə çıxışımı təmin edəcək hər hansı variantı istisna etməlidir”, Nümayəndələr Palatasının Spikeri Paul Ryan aprelin 21-də deyib. “Ümid edirik, Kerry bu ismarıcı Zarif-ə çatdıracaq”.

Palatanın digər respublikaçı liderləri də eyni narahatlığı dilə gətirib.

Departamentin sözçüsü John Kirby isə aprelin 21-də deyib ki, sanksiyaların yüngülləşdirilməsi gündəlikdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG