Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:02

►Çingiz Qənizadə: “Bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir”

“Ölkədəki bütün cəzaçəkmə və istintaq təcridxanalarında 24 minə qədər məhkum var. Bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir”.

Bu bilgini parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsində keçirilən dəyirmi masada deputat Çingiz Qənizadə açıqlayıb.

Modern.az-ın xəbərinə görə, dəyirmi masada yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Ç. Qənizadə deyib ki, çox məhbus həm də dövlət büdcəsindən daha çox xərclərin ayrılması deməkdir. Deputat cəza sanksiyalarında yeniliklərin ediləcəyini bildirib:

“Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır. Bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var. Bunun da nəticəsində məhkumların sayı xeyli aşağı düşəcək. Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrumetmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur. Onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamasına.”

Günün bütün mövzuları

XS
SM
MD
LG