Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00

-

BMT-nin Sivilizasiyalararası Qlobal Forumunda iştirak edəcək Türkiyə prezidenti Receb Tayyib Erdoğan Bakıya böyük nümayəndə heyəti ilə gələcək. Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfri APA-ya bildirib ki, nümayəndə heyətində baş nazirin müavini, xarici işlər, iqtisadiyyat, energetika və mədəniyyət nazirləri təmsil olunacaq.

“Əsas məqsəd tədbirdə iştirak etməkdir. Amma dövlət başçıları hər zaman bu cür çoxtərəfli forumlarda görüşüb, gündəmdəki məsələləri dəyərləndirirlər. Prezident Erdoğanı aprelin 25-də Bakıda Azərbaycanındövlət başçısı İlham Əliyev qəbul ediləcək. Eyni zamanda, nazirlər də həmkarları ilə görüşərəklər".

Səfir səfərin bir gün davam edəcəyini qeyd edib.

BMT-nin Sivilizasiyalararası VII Qlobal Forumu aprelin 25-də başlayacaq

Günün bütün mövzuları

XS
SM
MD
LG