Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:37

Braziliya millisi və "Barselona"nın futbolçusu Neymar bu il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Bu barədə "Barselona” nın rəsmi saytı məlumat yayıb.

Amma Neymar Amerika kubokunu buraxmalı olacaq.

Çünki "Barselona" 24 yaşlı futbolçunun bu turnirlərdən yalnız birində oynamasına razılıq vermişdi.

Braziliya Futbol Federasiyası Neymarın olimpiadada oynamasına qərar verib.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən Olimpiya oyunlarında çıxış edən hər yığmada yaşı 23-dən yuxarı 3 peşəkar futbolçu oynaya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG