Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:03

-

“Ermənistan Azərbaycan torpaqlarının işğalı, kütləvi etnik təmizləmə və münaqişə dövründə digər ağır cinayətlərə görə, məsuliyyət daşıyır”.

Xarici İşlər Nazirliyinin aprelin 21-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda vurğulanır ki, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi gücdən istifadəni və onun torpaqlarının işğalını ardıcıl formada, ən sərt şəkildə qınayıb. İşğal olunmuş torpaqların azad edilməsi ilə bağlı önəmi qərarlar qəbul olunub.

“Beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə etinasızlıq şəraitində Ermənistan işğala əsaslanan hazırkı status-kvosunu qoruyub saxlamağa çalışır. İşğal olunmuş ərazilərdə hərbi mövcudluğunu gücləndirməyə, zorla köçkün edilən yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmaq və bu ərazilərdəki mülkiyyətinə yiyələnməsinin qarşısını almağa xidmət edən cəhdlərini davam etdirir ” - deyə bəyanatda qeyd edilib.

Bəyanatda aprelin 2-dən etibarən Dağlıq Qarabağ bölgəsində müşahidə olunan gərginliyə, Azərbaycana dəymiş ziyana, hərbi qulluqçuların həlak olmalarına, meyitlərə qarşı qeyri-insani rəftara diqqət yetirilməsi istənilir. Ermənistanın əsas beynəlxalq aktları pozduğu vurğulanır.

Bəyanatın sonunda nazirlik beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə əməl olunmasını tələb etməyə çağırır.

Nazirlik bəyanatının sonunda da deyilir: “Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, onun ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna bilər. Azərbaycan münaqişənin siyasi yolla nizamlanması, regionda sülh və ədalətin təmin olunmasından ötürü səylərini əsirgəməyəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG