Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:58

ABŞ-a aparan narkotunel - [video]


Qaçaqmalçıların izinə düşən amerikalı patrul San-Dieqo ətrafında Meksikaya aparan 800 metrlik tunel aşkar edib.

Bu kadrları aprelin 20-də ABŞ-ın sərhəd xidməti yayıb.

Alnına kamera bərkitmiş əməliyyatçı sürünə-sürünə qonşu ölkəyə çıxıb.

ABŞ hakimiyyəti hesab edir ki, tuneldən narkotik qaçaqçılığı üçün istifadə edilirmiş.

Son 10 ildə sərhəd bölgəsində 12 bu cür tunel aşkar edilib.

Bu tunel 14 metr dərinlikdən keçir və ən uzun və yaxşı bərkidilmiş tunellərdən biridir.

Tunelin girişi zibil yeşiklərinin altında, çıxışı isə qaçaqmalçıların yuvası olan Meksikanın Tihuana şəhərindəki evlərdən birindən çıxır.

Hakim dairələrin məlumatına görə, bu tapıntı federal agentlərin böyük partiya narkotik aşkar etməsi və 6 nəfərin həbsinə aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG