Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:11

►Nadir şahın şəxsi katibi olan Mirzə Mehdi xan Astrabadi yazdığı əsərə bir çox hökmdarların yazışmalarını, eləcə də, Nadir şahın məktublarını əlavə edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XVIII əsr Azərbaycan tarixçisi, Nadir şah Əfşarın şəxsi münşisi Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsərini çapdan buraxıb.

İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, “Elm və təhsil” nəşriyyatında çıxan bu kitaba bır sıra tarixi şəxsiyyətlərin məktubları, tarixi sənədlər daxil edilib.

“İnşa”ya daxil edilmiş sənədlər içərisində Nadir şahın məktubları var.

Bu məktublar Azərbaycan və İran tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Əsəri fars dilindən tərcümə edən və şərhlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlı, redaktoru Paşa Kərimovdur.

Kitabı AMEA-nın Əlyazmalar İnstitutu və Azərbaycanda Atatürk Mərkəzi birlikdə nəşr etdirib.

Mirzə Məhəmməd Mehdi xan Astrabadinin doğum tarixi bəlli deyil.

Onun 1760-cı ildən sonra vəfat etməsi güman olunur.

Mirzə Mehdi xan II Təhmasibin sarayında da münşi vəzifəsini tutub.

Biliyini, dünyagörüşünü yüksək qiymətləndirən Nadir şah ona xan titulu və “münşi-əl-məmalik” (xarici işlər naziri) vəzifəsini verib.

Daha sonra taxta çıxdıqdan sonra onu sarayın baş tarixçisi təyin edib.

Mirzə Mehdi xan bütün yürüşlərdə Nadir şahı müşayiət edib.

Onun ən məşhur əsəri dünyada “Tarixi-Nadiri” adıyla tanınan “Tarixi-cəhangüşayi-Nadiri” (“Dünyanı fəth edən Nadirin tarixi”) kitabıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG