Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:40

-

Aprelin 21-də Azərbaycan İnvestisiya Şirkəti, Azersun Holding və Darou Pakhsh şirkəti arasında əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı haqqında razılaşma imzalanıb.

İqtisadiyyat Nazirliyi xəbər verir ki, razılaşma əsasında Azərbaycanda əczaçılıq müəssisəsi yaradılacaq.

Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur. Dərman preparatları əvvəlcədaxili bazar üçün nəzərdə tutulur. Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır.

Bununla bağlı artıq Sumqayıt Kimya Sənaye Parkı ilə anlaşma memorandumu da imzalanıb.

“Darou Pakhsh” İranın Əmək və Sosial İşlər Nazirliyinin tabeliyindədir. İranın ən böyük əczaçılıq şirkəti sayılır.

Azərbaycan dərman tələbatını idxal hesabına ödəyir.

Ölkə daxilində dərman istehsalı mövzusu neftin qiymətinin ucuzlaşması, manatın devalvasiyaya uğramasından sonra gündəmə gəlib. Bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov da dərman istehsalına başlanacağını açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG