Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Ərəb ölkələrinin sammiti keçirilir


Barack Obama və Saudi Arabia's King Salman

Barack Obama və Saudi Arabia's King Salman

Aprelin 21-də Ər Ryadda ABŞ prezidenti Barack Obamanın iştirakı ilə Ərəb ölkələri Əməkdaşlıq Şurasının sammiti keçirilib.

Bu şuraya Səudiyyə Ərəbistanı,Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər və Oman daxildir.

Sammitdə regional təhlükəsizlik, “ İslam”Dövləti” qrupu ilə birgə mübarizə, ABŞ-la region ölkələri arasındakı münasibətlər, şiə ölkəsi olan İrandan gələn təhlükə, Suriya, İraq və Liviya məsələləri müzakirə olunub.

Barack Obamanı müdafiə naziri Ash Carter,dövlət katibi John Kerry və milli təhlükəsizlik müşaviri Syuzan Rays müşaiyət edir.

Obama Ər Ryada aprelin 20-də gəlib, elə həmin gün Səudiyyə kralı Salman Ben Adel Aziz al Saudla görüşüb.

ABŞ prezidenti Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrini “İslam Dövləti” qrupu ilə mübarizəni gücləndirməyə və İraqın bərpasına kömək etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG