Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:59

İlham Əliyev iranlı nazirə orden verdi


Mahmoud Vaezi
Mahmoud Vaezi

-

Prezident İlham Əliyev aprelin 21-də İranın rabitə və informasiya texnologiyaları naziri Mahmoud Vaezi-nin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

Bu haqda president.az saytı xəbər verir.

İlham Əliyev Mahmoud Vaezi-nin iki ölkə arasındakı dostluq əlaqələrinin inkişafında çox böyük işlər gördüyünü bildirərək, onun «Dostluq» ordeni ilə təltif olunduğunu deyib. Prezident ordeni iranlı nazirə təqdim edib.

Aprelin 20-də Azərbaycan-İran sərhədində Astaraçay üzərində dəmiryol körpüsünün təməlqoyma mərasiminə toxunan ölkə başçısı bunu ötən müddət ərzində görülən işlərin nəticəsi kimi dəyərləndirib.

XS
SM
MD
LG