Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:21

Aprelin 21-də İngiltərə kralicaçı II Elizabetin 90 yaşı tamam olur.

O 64 ildir ki, taxtdadır və ölkə tarixində ən uzunömürlü monarxdır.

Kraliça doğum gününü ailəsi və yaxın dostları ilə birlikdə Vindzor qəsrində qeyd edir.

Mayın 12-dən 15-dək bu qəsrdə mindən artıq musiqiçi, müğənni, rəqqas və digər artistlərin iştirakı ilə təntənəli bayram konsertləri olacaq.

Qəsrdəki arena 25 min tamaşaçı tutur.

Bundan başqa 900 atçı kraliçanın şərəfinə müxtəlif yarış və əyləncəli proqramlar göstərəcəklər.

18-ci əsrdən gələn ənənəyə görə Britaniya monarxlarının doğum günü münasibəti ilə rəsmi bayram iyunun 2-ci və ya 3-cü şənbə günü, yaxşı və açıq hava şəraitində keçirilməlidir.

Həmin gün kral qvardiyasının paradı da keçirilir.

Amma bu il rəsmi bayram 3 gün- iyunun 10-dan 12-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG