Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:17

-

Bakıya 100 yeni, müasir avadanlıqlarla təchiz olunan təcili yardım avtomobilləri gətirilib.

APA-nın xəbərinə görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.

Onun deməsinə görə, məqsəd bu il Bakıda keçiriləcək yeniyetmələr arasında beynəlxalq futbol çempionatı və «Formula-1» yarışlarında həm idmançılara, həm də xarici azarkeşlərə daha yüksək tibbi xidmət göstərməkdir.

R.Nağıyev qeyd edib ki, hələ «Bakı-2015» Avropa Oyunlarında stansiya bölmələrinin 200-ə yaxın seçilmiş həkimi təlim kurslarına cəlb olunub:

«Bu il keçiriləcək beynəlxalq yarışlarda da həmin heyət yenidən təlimlərə cəlb ediləcək, onların xidmətlərindən istifadə olunacaq».

Bu il Bakıda həm «Formula-1» yarışları, həm də 17 yaşlılardan ibarət futbol üzrə Avropa Çempionatının final oyunları keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG